Etik Davranış Kodeksi və Korrupsiyaya Qarşı Mübarizə Siyasəti

Dürüstlük, şəffaflıq, məsuliyyətli davranış, rüşvət və korrupsiyaya qarşı sıfır dözümlülük prinsiplərini müəyyən edən əsas korporativ etika və komplayens sənədlərimizlə tanış olun.

Korrupsiyaya qarşı mübarizə və etik siyasət

Orijinal PDF sənədini aç

SİYASƏTİN İCMALI

Bu Korrupsiyaya qarşı mübarizə, Rüşvətin qarşısının alınması və Etik Siyasət (“Siyasət”) “Scandens Pharmaceutical Industries Ltd. MMC”-in (“Şirkət”) bütün əməliyyatlar və yurisdiksiyalar üzrə etik, qanuni və dürüst fəaliyyət göstərməsi üçün əsas öhdəliklərinin ayrılmaz tərkib hissəsidir. Şirkətin Etik Davranış Kodeksi ilə birlikdə oxunmalı olan bu Siyasət aşağıdakı sahələrdə gözləntiləri müəyyən edir:

  • Şirkət istər dövlət sektorunda, istərsə də kommersiya məqsədilə bütün formalarda rüşvəti qəti qadağan edir.
  • Vəzifəli şəxslərlə, müştərilərlə, təchizatçılarla və digər üçüncü şəxslərlə münasibətlər zamanı hədiyyələr, qonaqlıqlar, səyahətlər və əyləncə ilə bağlı qəbul edilə bilən davranışlar barədə aydın qaydalar təqdim olunur.
  • Şirkətin bütün əməliyyatları üzrə düzgün uçotun aparılmasının vacibliyi vurğulanır ki, bu da hesabatlılıq və şəffaflığın təmin olunmasına xidmət edir.
  • Bütün biznes fəaliyyətlərinə tətbiq olunan etik prinsiplər, o cümlədən əqli mülkiyyətə hörmət, ədalətli rəqabət və dürüst ünsiyyətə əməl olunması.

Bu Siyasət dünyanın istənilən yerində birbaşa və ya dolayısı ilə Şirkət adından fəaliyyət göstərən bütün əməkdaşlara, vəzifəli şəxslərə, direktorlar heyətinə, podratçılara, agentlərə və üçüncü şəxslərə şamil edilir. O, həm şirkət daxilində, həm də xaricində, o cümlədən dövlət məmurları, özəl şirkətlər və digər maraqlı tərəflərlə münasibətlərdə tətbiq olunur.

I. ANLAYIŞLAR

Bu Siyasətin məqsədləri üçün “vəzifəli şəxslər”, “rüşvət”, “əhəmiyyətli fayda”, və “təşviqedici ödəniş” anlayışları aşağıda izah olunur.

“Vəzifəli şəxslər”

Vəzifəli şəxslər aşağıdakılar daxil olmaqla, lakin bununla məhdudlaşmayan Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyən səlahiyyətlərə və vəzifələrə malik olan şəxslərdir:

  • Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına əsasən dövlət orqanlarına seçilmiş və ya təyin olunmuş şəxslər;
  • Xüsusi səlahiyyət əsasında fəaliyyət göstərən dövlət orqanlarının nümayəndələri;
  • İdarəçilik vəzifələrində çalışan dövlət qulluqçuları;
  • Dövlət orqanlarında, dövlətə məxsus müəssisələrdə və təşkilatlarda təşkilati və ya inzibati-iqtisadi funksiyaları yerinə yetirən şəxslər;
  • Dövlət orqanlarında seçki ilə vəzifəyə namizədliyi qeydə alınmış şəxslər;
  • Yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri və oxşar inzibati səlahiyyətlərə malik olan şəxslər;
  • Korrupsiyaya qarşı mübarizə aparan qurumların rəhbərləri və əməkdaşları və ya dövlət səlahiyyətli orqanlarda oxşar funksiyaları yerinə yetirən digər şəxslər;
  • Qanunla dövlət orqanlarının səlahiyyətlərini həyata keçirən qeyri-dövlət qurumlarında çalışan şəxslər.

“Rüşvət”

Rüşvət şəxsi mənafeyə və ya üçüncü şəxslərin mənafeyinə xidmət etmək məqsədilə vəzifəli şəxsə birbaşa və ya dolayı yolla maddi və ya qeyri-maddi fayda, üstünlük, və ya güzəştin təklif olunması, vəd edilməsi və ya verilməsidir. Bu, rəsmi bir hərəkətə, vəzifəni yerinə yetirməməyə və ya vəzifə səlahiyyətinə aid hər hansı hərəkətin yerinə yetirilməsi müqabilində edilir.

“Əhəmiyyətli fayda”

Əhəmiyyətli fayda nağd pul, hədiyyə kartları, çeklər, hədiyyələr, qonaqpərvərlik, qonaqlıqlar, mallar, xidmətlər və ya suvenirlər, istənilən tədbirə bilet, pərakəndə alış-veriş üçün sertifikatlar, əyləncə, səyahət, istirahət yerlərindən istifadə, ailə üzvləri üçün təhsil və ya iş imkanları, səhm opsionları, xeyriyyə ianələri, endirimlər, şəxsi xidmətlər, borcların verilməsi və zamin durulması, gələcəkdə iş vədi daxildir.

“Təşviqedici ödənişi”

Təşviqedici ödənişi vəzifəli şəxsə icazə, viza, lisenziya almaq üçün müraciətlərin sürətləndirilməsi və ya polis mühafizəsi, kommunal xidmətlər (su, elektrik və s.), poçt xidmətləri kimi ictimai xidmətlərin daha tez göstərilməsi üçün ödənilən istənilən məbləğdir. Təşviqedici ödənişlərini qanunsuz və qeyri-etik olduğundan, Şirkət belə ödənişləri qəti qadağan edir.

II. RÜŞVƏT VƏ TƏŞVİQEDİCİ ÖDƏNİŞLƏR

Şirkətin heç bir əməkdaşına rüşvət və ya təşviqedici ödənişi verməyə və ya təklif etməyə icazə verilmir. Bəzi yurisdiksiyalarda təşviqedici ödənişlər qanuni sayıla bilər, lakin Şirkət bu cür ödənişləri qəti qadağan edir və belə hərəkətləri bu Siyasətin pozulması kimi qiymətləndirir. Bu səbəbdən, Siyasətdə “rüşvət” anlayışı “təşviqedici ödənişi” də əhatə edir. Əgər hər hansı bir əməkdaşdan rüşvət tələb olunarsa, onlar bu tələbi yerinə yetirməməlidirlər (aşağıda izah edildiyi kimi yalnız təhlükəsizliklərinə birbaşa risk mövcud olduğu hallarda istisna edilir) və bu barədə dərhal hüquq məsləhətçisinə və ya belə məlumatı qəbul etməyə səlahiyyətli digər şəxsə bildirməlidirlər. Əməkdaş ödənişi etməkdən imtina etməyin onun təhlükəsizlik və sağlamlığını təhlükəyə atacağına inandığı hallarda, onlar ödənişin edilməsini davam etdirə bilərlər. Lakin ödənişin detalları və baş vermə şəraiti təhlükə keçər-keçməz mütləq hüquq məsləhətçisinə və ya aidiyyəti şəxslərə bildirilməlidir. Bütün belə ödənişlər aşağıdakı 5-ci Bölmədə göstərilən prosedurlara uyğun olaraq dəqiq sənədləşdirilməlidir.

III. ÜÇÜNCÜ ŞƏXSLƏRLƏ ƏLAQƏLİ RÜŞVƏT RİSKLƏRİ

Bu Siyasətin məqsədlərinə görə, üçüncü tərəf Şirkətin əməkdaşı tərəfindən Şirkət adından fəaliyyət göstərmək üçün cəlb edilmiş hər hansı hüquqi və ya fiziki şəxsdir. Bu, xammal təchizatçıları, hazır məhsul təchizatçıları, agentlər, məsləhətçilər, təchizatçılar, xidmət təminatçıları və Şirkətdən məhsulları alaraq son istifadəçilərə satan distribyutorlar da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan şəxsləri əhatə edir.

Üçüncü şəxslərin vəzifəli şəxslərə rüşvət təklif etməsi və ya verməsi halında Şirkət məsuliyyət daşıya bilər. Buna görə də, bu Siyasət Şirkətin üçüncü şəxslər vasitəsilə rüşvət verməsini qəti qadağan edir. Üçüncü şəxsin hərəkətlərinin rüşvət təklif olunması və ya verilməsi ilə nəticələnə biləcəyini göstərən xəbərdarlıq əlamətlərini və ya risk siqnallarını nəzərə almamaq da bu Siyasətin pozuntusu sayılır. Dövlət vəzifəliləri və ya digər qurumlarla Şirkət adından əlaqə yaratmaq üçün üçüncü şəxsləri cəlb edən əməkdaşlar lazımi araşdırma aparmalı və bu şəxslərin bütün müvafiq rüşvətxorluğa qarşı qanunvericiliyə və Şirkətin siyasətlərinə əməl etmələrini təmin etməlidirlər. Bu, üçüncü tərəflərin dürüstlüyünün qiymətləndirilməsini, hərtərəfli məlumat yoxlamalarının aparılmasını və onların fəaliyyətlərinin nəzarətdə saxlanılmasını ehtiva edir.

Şirkət heç bir siyasi partiyaya və ya namizədə nə nağd, nə də natura şəklində ianə etmir, çünki bu cür hərəkətlər əsassız biznes üstünlüyü əldə etməyə cəhd kimi qəbul oluna bilər.

IV. HƏDİYYƏLƏR, QONAQLIQLAR, SƏYAHƏT VƏ ƏYLƏNCƏ

Vəzifəli şəxslərə, müştərilərə, təchizatçılara və ya digər üçüncü şəxslərə onlara əsassız təsir göstərmək məqsədilə hədiyyələr, qonaqlıqlar, səyahətlər və əyləncələr də daxil olmaqla, lakin bunlarla məhdudlaş-mamaqla əhəmiyyətli faydaların verilməsi qadağandır.

Bundan əlavə, nağd pul hədiyyələri və ya pula çevrilə bilən hədiyyə kartları kimi hədiyyələrin təqdim olunması və ya qəbul edilməsi qəti qadağandır.

Xeyriyyə dəstəyi və ianələr, istər natura şəklində xidmətlər, bilik və vaxt, istərsə də birbaşa maliyyə vəsaiti formasında qəbul ediləndir (və hətta təşviq olunur). Lakin əməkdaşlar xeyriyyə məqsədli ianələrin rüşvəti gizlətmək üçün vasitəyə çevrilməməsindən əmin olmaq üçün diqqətli olmalıdırlar. Şirkət yalnız yerli qanunvericilik və təcrübəyə uyğun şəkildə hüquqi və etik çərçivədə xeyriyyə ianələri həyata keçirir. Heç bir ianə CEO tərəfindən əvvəlcədən təsdiqlənmədən təklif edilə və ya həyata keçirilə bilməz. Bütün xeyriyyə ianələri ictimai şəkildə açıqlanmalıdır.

Müştərilər, Təchizatçılar və Digər Üçüncü Şəxslər

Üçüncü şəxsə verilən və ya onlardan qəbul edilən hədiyyə və ya qonaqlıq maddi və ya digər fayda kimi qiymətləndirilə bilinəcəyindən rüşvət kimi qəbul edilə bilər. Hər hansı hədiyyə və ya qonaqpərvərliyin təklif və ya qəbul edilməsindən əvvəl aşağıdakı minimum tələblərə əməl olunmalıdır:

  • Vicdanla təqdim edilməli və qarşılıqlı gözlənti və ya əsassız fayda və ya biznes üstünlüyü əldə etmək məqsədi daşımamalıdır;
  • Peşəkar nəzakət standartlarına uyğun şəkildə, ağlabatan və ümum qəbul edilmiş formada həyata keçirilməlidir;
  • Şəffaf və açıq şəkildə təqdim olunmalıdır;
  • Belə hallar nadir olmalı və etik davranışa zidd hərəkətləri təşviq etməməlidir;
  • Tətbiq olunan yerli qanunvericilik və normativ tələblərə uyğun olmalıdır.

Vəzifəli Şəxslər

Bu Siyasətə əsasən, Şirkət əməkdaşlarının vəzifəli şəxslərə hədiyyələr və əyləncə də daxil olmaqla maddi və ya digər faydalar təqdim etməsi ümumilikdə qadağandır, çünki bu cür hallar yerli rüşvətxorluğa qarşı qanunvericiliyi poza bilər. Lakin aşağıdakı hallarda istisnalar mümkündür:

  • Kiçik, təvazökar hədiyyələr və sadə əyləncələr, əgər vəzifəli şəxsin rəsmi səlahiyyətləri ilə birbaşa əlaqəli deyilsə və dəyəri bir il ərzində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş maksimum məbləği aşmırsa, təqdim edilə bilər.
  • Bu hədiyyə və ya əyləncə hallarının hamısı Şirkət daxilində müəyyən edilmiş hüquq məsləhətçisi və ya digər səlahiyyətli şəxs tərəfindən əvvəlcədən yazılı şəkildə təsdiqlənməlidir.

Məbləğlərin Əvəzinin Ödənilməsi üçün Sənədləşmə

Əgər vəzifəli şəxslərə təqdim olunmuş hədiyyə, qonaqlıq, səyahət və ya əyləncə ilə bağlı xərclərin geri ödənilməsi tələb olunursa, Şirkət əməkdaşları vəzifəli şəxsin adı, vəzifəsi, təmsil etdiyi dövlət qurumu, xərclərin məqsədi və dəyərindən asılı olmayaq bütün ödəniş qəbzlərini təqdim etməlidirlər. Bütün sənədlər Şirkətin xərclərin sənədləşdirilməsi və geri ödənilməsi prosedurlarına uyğun şəkildə təqdim edilməlidir.

V. MƏSULİYYƏTLƏR

  • Bütün əməkdaşlar Siyasətə riayət olunmasına cavabdehdirlər və ehtimal edilən pozuntular barədə dərhal və vicdanla məlumat vermək öhdəliyi daşıyırlar.
  • Rəhbərlər öz komandalarında etik davranışı təşviq etməli və təqdim edilən və ya qəbul olunan hədiyyə və qonaqpərvərliyin hallarının bu Siyasətə uyğun şəkildə təsdiqlənməsini təmin etməlidirlər.
  • Komplayens/Hüquq şöbəsi daxil olmuş narahatlıqların araşdırılmasına, Siyasətin icrasına və ümumi uyğunluğa nəzarət olunmasına və Siyasətin illik baxışı və yenilənməsi prosesinə cavabdehdir.
  • İnsan Resursları Şöbəsi etik davranış və rüşvətxorluğa qarşı təlimlərin işə qəbul prosesinə inteqrasiyası və bütün əməkdaşlar üçün mütəmadi təkrar təlimlərin keçirilməsini təmin etmək funksiyasını icra edir.

VI. DƏQİQ HESABAT VƏ QEYDLƏR

Əksər rüşvətxorluğa qarşı qanunlar, qeyri-adekvat ödənişlərin gizlədilməsi də daxil olmaqla risklərin qarşısını almaq məqsədilə, dəqiq uçot qeydlərinin aparılmasını və müvafiq daxili nəzarət mexanizmlərinin yaradılmasını tələb edir. Şirkət bütün maliyyə sənədlərinin və uçot kitablarının ədalətli, dəqiq və tam şəkildə aparılmasını və bütün biznes əməliyyatlarının əsl mahiyyətinin əks etdirilməsini öhdəliyinə götürür. Bu qeydlər əməliyyatın aydın və şəffaf şəkildə başa düşülməsini təmin etməli və tam anlayış üçün kifayət qədər detalları ehtiva etməlidir.

Əməliyyatlar yalnız rəhbərliyin müvafiq təsdiqi ilə icra olunmalı və bütün qeydlər şəffaf və dürüst şəkildə hazırlanaraq dəqiq maliyyə hesabatlılığını təmin etməlidir. Əməkdaşlar öz vəzifə və məsuliyyətlərinə aid olan hesabat və sənədləşmə standartlarına riayət etməli və bütün əməliyyatların Şirkət Siyasətinə və tətbiq olunan normativ tələblərə uyğun şəkildə sənədləşdirilməsini təmin etməlidirlər.

VII. EHTİMAL EDİLƏN POZUNTULARIN BİLDİRİLMƏSİ

Şirkətin bütün əməkdaşları bu Siyasətin və ya rüşvətxorluğa qarşı hər hansı qanunvericiliyin ehtimal olunan pozuntuları barədə məlumat verməlidirlər. Potensial uyğunsuzluq və ya pozuntu halları ilə bağlı narahatlıqlar dərhal təyin olunmuş hüquq məsləhətçisinə və ya belə hesabatları qəbul etmək üçün müəyyən edilmiş digər şəxsə bildirilməlidir.

Şirkətin Etik Davranış Kodeksi vicdanla pozuntu barədə məlumat verən istənilən şəxsə qarşı qisas tədbirlərinin görülməsini qəti qadağan edir. Əməkdaşlar hər hansı narahatlığı qisas qorxusu olmadan bildirməyə təşviq olunur və Şirkət qanuni narahatlıqlarını ifadə edən şəxslərin qorunmasına dair öhdəlik götürür.

VIII. TƏLİM VƏ ÜNSİYYƏT

Bu Siyasət üzrə təlim bütün yeni əməkdaşlar üçün işə qəbul prosesinin bir hissəsini təşkil edir. Mövcud əməkdaşlara bu Siyasətin tətbiqi və ona riayət qaydaları ilə bağlı mütəmadi və məqsədyönlü təlimlər keçiriləcəkdir. Bundan əlavə bütün əməkdaşlardan hər il bu Siyasətə riayət edəcəklərini rəsmi şəkildə təsdiqləmələri tələb olunacaqdır. Rüşvət və korrupsiyaya qarşı sıfır dözümlülük yanaşması bütün təchizatçılara, podratçılara və biznes tərəfdaşlarına onlarla biznes münasibətləri qurularkən və lazım gəldikdə sonrakı mərhələlərdə açıq şəkildə çatdırılmalıdır.

IX. SİYASƏTİN POZULMASINA NƏZARƏT VƏ İNTİZAM TƏDBİRLƏRİ

HR bu Siyasəti həyata keçirmək, onun istifadə olunması və effektivliyinə nəzarət etmək və onun şərhi ilə bağlı istənilən sorğularla məşğul olmaq üçün əsas və gündəlik məsuliyyəti daşıyır. Bütün rəhbər heyət onlara müraciət edənlərin bu Siyasətdən xəbərdar olmasından, onu başa düşməsindən və ona dair adekvat və mütəmadi təlim almasını təmin etməkdən məsuldur. HR effektivliyə nəzarət edəcək və bu Siyasətin tətbiqinə baxış keçirəcək, onun məqsədəuyğunluğunu, adekvatlığını və effektivliyini mütəmadi nəzərdən keçirəcək. Aşkarlanmış hər hansı təkmilləşdirmələr ən qısa zamanda həyata keçiriləcək. Daxili nəzarət sistemləri və prosedurlar rüşvət və korrupsiya ilə mübarizədə effektivliyin təmin olunması məqsədilə mütəmadi auditə cəlb olunacaq. Bütün əməkdaşlar bu Siyasətin uğuruna görə məsuliyyət daşıyır və onun vasitəsilə istənilən ehtimal olunan təhlükə və ya pozuntunun açıqlanmasını təmin etməlidirlər. Əməkdaşlar bu Siyasətə dair rəylərini və təkmilləşdirmə təkliflərini verməyə dəvət olunurlar. Rəylər, təkliflər və sorğular HR ünvanlanmalıdır. Bu Siyasət əməkdaşın əmək müqaviləsinin bir hissəsini təşkil etmir və istənilən vaxt dəyişdirilə bilər. Bu Siyasətin pozulmasında təqsirli bilinən əməkdaşın əməlinin ağırlığından və Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq əmək münasibətlərinə xitam verilməsi daxil olmaqla intizam tədbirləri tətbiq oluna bilər. Şirkət bu Siyasətin hər hansı ehtimal olunan pozuntusu ilə bağlı məsələləri hərtərəfli araşdıracaq və dürüstlük və uyğunluq standartlarını qorumaq üçün müvafiq tədbirlərin görülməsini təmin edəcəkdir. Bu Siyasət Azərbaycan Respublikasının korrupsiyaya qarşı qanunvericiliyinə uyğun hazırlanmış və beynəlxalq komplayens standartlarına əsaslanmışdır Bu CEO üzrə məsul şəxs tərəfindən hər il nəzərdən keçirilir və yuxarı rəhbərlik tərəfindən təsdiq olunur. Hüquqi, normativ və ya əməliyyat dəyişikliklərinə uyğun olaraq yenilənmələr edilə bilər.

X. ETİK BİZNES DAVRANIŞ STANDARTLARI

Şirkət öz fəaliyyətinin bütün sahələrini tənzimləyən güclü etik çərçivəyə malikdir. Aşağıdakı prinsiplər korporativ etikanın əsasını təşkil edir:

Dürüstlük və Şəffaflıq

Əməkdaşlar bütün biznes münasibətlərində dürüst və şəffaf davranmalı, tənzimləyici orqanlara, müştərilərə, tərəfdaşlara və digər maraqlı şəxslərə dəqiq və tam məlumat təqdim etməlidirlər. Aldadıcı hərəkətlərə, yalan iddialara və ya fırıldaqçılığa yol verilə bilməz.

Əqli Mülkiyyət Hüquqlarına Hörmət və Ədalətli Rəqabət

Şirkət üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarına hörmətlə yanaşır və qarşılıqlı hörməti gözləyir. Əməkdaşlar Şirkətə məxsus texnologiyaları və məlumatları qorumaqla yanaşı, ədalətsiz rəqabət və ya əqli mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə biləcək hərəkətlərdən çəkinməlidirlər.

İnsan Hüquqları və Əmək Standartları

Bütün şəxslərə ləyaqətlə və ədalətlə davranılmalıdır. Şirkət ayrı-seçkiliyi, zorakılığı, uşaq əməyini və məcburi əməyi qadağan edir. İş mühiti inklüziv, hörmətə əsaslanan və əmək qanunvericiliyinə uyğun olmalıdır.

Ətraf Mühitə Qarşı Məsuliyyətli Yanaşma

Əməkdaşlar ətraf mühitlə bağlı fəaliyyətlərdə məsuliyyətli davranmalı, tətbiq olunan bütün normativ tələblərə əməl olunmasını təmin etməli və Şirkətin ekoloji təsirinin minimuma endirilməsi üçün səy göstərməlidirlər.

Məxfilik və Məlumatların Qorunması

Məxfi məlumatlar, o cümlədən şəxsi məlumatlar və kommersiya sirrləri diqqətlə idarə olunmalı, icazəsiz girişdən qorunmalı və yalnız qanuni biznes məqsədləri üçün Azərbaycan Respublikasının qanunvericili-yinə uyğun şəkildə istifadə edilməlidir.

Etik Davranış Kodeksi

Orijinal PDF sənədini aç

GİRİŞ

“Scandens Pharmaceutical Industries Ltd” MMC (bundan sonra “Scandens” və ya “Şirkət” təhlükəsiz, effektiv və yüksək keyfiyyətli səhiyyə məhsullarının çatdırılmasını öhdəsinə götürür. Şirkətimiz məhsullarımızın təhlükəsizliyini və səmərəliliyini təmin etmək məqsədilə sənaye üzrə normativ tələblərə əməl edir.

Etik Davranış Kodeksi (bundan sonra “Kodeks” fəaliyyətimizdə iştirak edən bütün əməkdaşlar, tərəfdaşlar, podratçılar və maraqlı şəxslər üçün davranış, məsuliyyət və ən yaxşı təcrübələrə dair gözləntilərimizi müəyyən edir.

TƏNZİMLƏYİCİ STANDARTLARA UYĞUNLUQ

Scandens-in fəaliyyət göstərdiyi ölkələrdəki bütün tətbiq olunan qanun, qayda və tənzimləyici tələblərə riayət edilməli, məhsullarımızın təhlükəsizliyi, səmərəliliyi və keyfiyyəti təmin edilməlidir.

Scandens keyfiyyətə hərtərəfli üstünlük verir, dərmanlarımızın və digər səhiyyə məhsullarımızın dünya miqyasında xəstələr üçün ən yüksək təhlükəsizlik və effektivlik standartlarına uyğunluğunu təmin edir.

SAĞLAMLIQ, TƏHLÜKƏSİZLİK VƏ ƏTRAF MÜHİTİN MƏSULİYYƏTLİ İDARƏ OLUNMASI

Scandens əmək sağlamlığı və təhlükəsizliyi ilə bağlı normativ tələblərə ciddi əməl etməklə, təhlükəsizlik prosedurları üzrə mütəmadi təlimlər təşkil etməklə və iş yerində qəzaların və xəsarətlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirməklə bütün əməkdaşlar üçün təhlükəsiz və sağlam iş mühitinin təmin olunmasına dair öhdəlik götürür.

Ətraf mühit məsuliyyəti baxımından, Scandens davamlı inkişaf təcrübələrinə əməl etməklə ətraf mühitə təsirimizi minimuma endirməyi hədəfləyir. Şirkətin siyasətləri tullantıların və enerji sərfiyyatının azaldılmasına, kimyəvi və digər təhlükəli maddələrin məsuliyyətlə utilizasiyasına və bütün ətraf mühitlə bağlı qaydalara riayət olunmasına yönəlmişdir. Scandens aktiv şəkildə çirklənmənin azaldılması və ekoloji göstəricilərin yaxşılaşdırılması istiqamətin-də fəaliyyət göstərir. Scandens ətraf mühitlə bağlı tətbiq olunan qanun və qaydalara riayət edir və ətraf mühit üzrə gördüyümüz tədbirləri Şirkətin tətbiq etdiyi siyasət və prosedurlarına uyğun şəkildə açıqlayır.

KONFİDENSİAL MƏLUMATLARIN MÜHAFİZƏSİ

Scandens-in əməkdaşları və tərəfdaşları kimi bizə müştərilərimizin, biznes tərəfdaşlarımızın, təchizatçılarımızın və şirkətə məxsus xüsusi məlumatlar da daxil olmaqla, həssas və konfidensial məlumatlar etibar olunur.

Scandens və tərəfdaşlarımıza məxsus bütün konfidensial və şirkətin xüsusi məlumatlarının -istər məhsul formulaları, istər biznes strategiyaları, istərsə də digər həssas məlumatların – qorunması bizim məsuliyyətimizdədir. Belə məlumatların açıqlanmasına yalnız Scandens-in icazəsi ilə, tətbiq olunan qanun və qaydalarla tələb olunduqda,, yaxud sənaye standartlarına və göstərişlərinə uyğunluğun təmin olunması məqsədilə icazə verilir, digər hallarda məlumatların açıqlanması qəti qadağandır. mə

SOSİAL MEDİA KODEKSİ

Standart fəaliyyət prosedurları, müştəri databazaları, daxili yazışmalar, maliyyə sənədləri, biznes strategiyaları, qiymət strukturları, layihə sənədləri, əməkdaşlara dair məlumatlar, hüquqi sənədlər və ya şirkətə məxsus proqram təminatı və alətləri kimi həssas materialların paylaşılması qəti qadağandır. Bundan əlavə, əməkdaşlar və tərəfdaşlar Scandens-in nüfuzuna xələl gətirə biləcək istənilən onlayn fəaliyyət və davranışdan çəkinməlidirlər. Sosial şəbəkələrdə iştirak daima təşkilatın peşəkarlığını və dəyərlərini əks etdirməlidir. Scandens-in loqosundan, ticarət nişanlarından və ya brend elementlərindən şəxsi profillərdə istifadə yalnız şirkətin aşkar icazəsi ilə mümkündür.

Sosial mediadan qeyri-münasib istifadə və ya Şirkətin imicinə mənfi təsir göstərə biləcək istənilən davranış halları dərhal rəhbərliyə və ya komplayens komandasına bildirilməlidir.

ONLAYN GÖRÜŞLƏRDƏ PEŞƏKAR VƏ ETİK DAVRANIŞ

Bütün virtual görüşlər ərzində, eynilə üzbəüz qarşılıqlı münasibətlərdə olduğu kimi, peşəkar standartlar gözlənilməlidir. Kamera və mikrofonlardan düzgün istifadə edilməlidir və iştirakçılar görüş boyu Şirkətin mədəni və davranış qaydalarına əməl etməlidirlər. Arxa fonlar peşəkar mühitə uyğun olmalı və şəxsi görünüş Scandens-in peşəkarlıq standartlarını əks etdirməlidir.

İştirakçılardan görüşlərə vaxtında qoşulmaları, tam-hazırlıqlı olmaları və müzakirələr zamanı paralel fəaliyyətlərdən çəkinmələri gözlənilir. Məhsuldar mühitin təmin olunması məqsədilə fon səsləri və digər yayındırıcı amillərin minimuma endirilməsi üçün bütün səylər göstərilməlidir. Görüşlər konfidensial məlumatları ehtiva edə biləcəyindən, məzmunun əvvəlcədən icazə alınmadan qeydə alınması və ya paylaşılması qəti qadağandır. Bütün hallarda, aktiv dinləmənin və əhəmiyyətli töhfələrin təşviqi ilə, qarşılıqlı hörmətə əsaslanan və inklüziv ünsiyyət gözlənilir.

E-POÇT DANIŞIQLARI VƏ YAZIŞMA STANDARTLARI

Bütün e-poçt yazışmaları Şirkətin ünsiyyət standartlarını və korporativ mədəniyyətini əks etdirməlidir. Əməkdaşlar ismarıc göndərməzdən öncə alıcı siyahılarını diqqətlə yoxlamalı və faylların əlavə olunması və paylaşılması zamanı ehtiyatlı davranmalıdırlar. Diqqətsizlik səbəbindən baş verə biləcək yanlış ünsiyyət və ya təsadüfi məlumat paylaşılmasının qarşısı alınmalıdır.

Əməkdaşlar e-poçtun mövzusu ilə birbaşa əlaqəsi olan və ya bu mövzuda maraqlı olan bütün şəxslərin “To” və ya “CC” hissəsində düzgün şəkildə göstərilməsini təmin etməlidirlər.

İNFORMASİYA TEXNOLOGİYALARI TƏHLÜKƏSİZLİYİ

Scandens-in sistemləri və məlumatlarının bütövlüyünü və təhlükəsizliyini təmin etmək məqsədilə, icazəsiz və ya zəruri olmayan proqram təminatının istifadəsi qəti qadağandır. Daxili serverlərə, databazalara və sistemlərə giriş yalnız səlahiyyətli şəxslərlə məhdudlaşdırılır. Əməkdaşlar cihaz şifrələri və korporativ e-poçt hesabları da daxil olmaqla öz giriş məlumatlarının qorunmasına görə məsuliyyət daşıyırlar. Bu məlumatlar heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır.

İŞ YERİNDƏ HÖRMƏT

Bütün əməkdaşlar öz həmkarlarına hörmətlə yanaşmalıdırlar. Scandens heç bir formada ayrı-seçkilik, qısnama və ya haqsızlığın tətbiqinə yol vermir.. İşə qəbuldan tutmuş fəaliyyətin qiymətləndirilməsinə qədər bütün sahələrdə əməkdaşlara bərabər imkanlar təqdim olunur.

Scandens tətbiq olunan hüquqla qorunan istənilən xüsusiyyətə əsaslanan qanunsuz ayrı-seçkiliyi qadağan edir. Yerli hüquqi standartların nəzərdə tutduğu bu xüsusiyyətlərə yaş, rəng, əlillik, əmək statusu, etnik mənsubiyyət, cinsi kimlik və ya ifadəsi, ailə vəziyyəti, milliyət, irq, din və etiqad, cinsiyyət, cinsi orientasiya aid ola bilər. Bu qısnama və ayrı-seçkilik ələyhinə prinsiplər biznes tərəfdaşlarımızla münasibətlərimizə qədər uzanır. Scandens biznes tərəfdaşlarının seçimi və ya əməkdaşlığın dayandırılması zamanı heç vaxt ayrı-seçkilik meyarlarından istifadə etmir və tərəfdaşların əməkdaşlarına qarşı qanunsuz zorakılıq və ayrı-seçkilik hallarına yol verilmir.

SCANDENS-İN ƏMƏKDAŞLIQ ETDİYİ TƏRƏFLƏR

Scandens aşağıdakı şəxslər və qurumlara xidmət göstərir və əməkdaşlıq edir:

  • Xəstələr və səhiyyə xidmətləri təminatçıları
  • Tənzimləyici orqanlar
  • Biznes tərəfdaşları
  • Təchizatçılar və podratçılar

MARAQLARIN TOQQUŞMASI

Scandens-in bütün əməkdaşları, rəhbərləri və tərəfdaşları şəxsi, maliyyə və ya ailə maraqlarının Şirkətin maraqları ilə ziddiyyət təşkil etdiyi və ya belə görünə biləcəyi hallardan çəkinməlidirlər. Maraqların toqquşması o zaman yaranır ki, şəxsin özəl maraqları Scandens qarşısındakı öhdəliklərinə müdaxilə edə və ya Şirkətin üstün maraqları naminə qərəzsiz biznes qərarları vermək imkanını itirməsinə səbəb ola bilər.

Maraqların toqquşmasına səbəb ola biləcək vəziyyətlərə xarici əmək fəaliyyəti və konsaltinq müqavilələri, rəqiblərlə, təchizatçılarla və ya müştərilərlə şəxsi və ailə münasibətləri və Scandens ilə əməkdaşlıq edən və ya rəqabət aparan şirkətlərdə maliyyə maraqları daxildir, lakin bunlarla məhdudlaşmır.

Davamlı uyğunluğun təmin olunması məqsədilə hər bir əməkdaş və rəhbər şəxsin ildə bir dəfə Maraqların Toqquşması Bəyanatı Formunu doldurması və imzalaması tələb olunur.

Maraqların toqquşmasının açıqlanmaması intizam tədbirlərinə, hətta əmək və müqavilə münasibətlərinin dayandırılmasına səbəb ola bilər.

TƏLİM VƏ MAARİFLƏNDİRMƏ

Bütün əməkdaşlar hər il Etik Davranış Kodeksi və komplayens üzrə təlimləri tamamlamalıdır. Bu, etik prinsiplər və normativ öhdəliklər barədə davamlı maarifləndirməni təmin edir. Rəhbər şəxslər komanda üzvlərinin bu Kodeksi tam şəkildə başa düşmələrini və ona əməl etmələrini təmin etməkdən məsuldurlar. Onlar nümunəvi davranış göstərərək dürüstlük və hesabatlılıq mədəniyyətinin təşviqinə rəhbərlik etməlidirlər.

NARAHATLIQLARIN BİLDİRİLMƏSİ

Bütün əməkdaşlar, podratçılar və maraqlı şəxslər bu Kodeksin pozulması, qanunazidd hallar və qeyri-etik davranışlar barədə istənilən şübhələri bildirməyə təşviq olunurlar. Narahatlıqlar aşağıdakı kanallar vasitəsilə bildirilməlidir:

  • Ümumi fəaliyyət məsələləri üzrə birbaşa rəhbər və ya nəzarətçi şəxslərə
  • Zorakılıq (qısnama) və ya iş yerində davranış məsələləri üzrə insan resursları departamentinə
  • Normativ və ya hüquqi məsələlər üzrə Komplayens üzrə məsul şəxsə və ya belə şəxs təyin olunmayıbsa, rəhbərliyin səlahiyyətli nümayəndəsinə

Bildirişlər təqdim oluna bilər:

  • Şəxsən
  • E-poçt vasitəsilə: [email protected] (yalnız komplayens üzrə məsul şəxs tərəfindən nəzərdən keçirilir)
  • Fiziki poçt qutusu vasitəsilə, əgər tətbiq olunursa (həftəlik olaraq komplayens komandası tərəfindən toplanılır)

    Scandens vicdanla narahatlığını bildirən heç bir şəxsin qisas məqsədli hərəkətlərə məruz qalmasına yol vermir. Bütün şikayətlər operativ, obyektiv, və ciddi konfidensiallıq əsasında araşdırılacaqdır.

    İCRA VƏ İNTİZAM TƏDBİRİ

    Bu Kodeksin pozulması halları şifahi və yazılı xəbərdarlıq, vəzifədən müvəqqəti kənarlaşdırma, əmək müqaviləsinə xitam verilməsi hüquqi prosedurlar daxil olmaqla, lakin bununla məhdudlaşmamaqla intizam tədbirləri ilə nəticələnə bilər.Hər bir pozuntu faktı ədalətlə qiymətləndiriləcək və əməkdaşlara istənilən qərar qəbul olunmazdan əvvəl öz hərəkətlərini izah etmək imkanı veriləcəkdir.

    KODEKS İLƏ UYĞUNLUQ

    Bütün əməkdaşların və tərəfdaşların bu Kodeksin müddəalarına əməl etmələri gözlənilir. Pozuntular komplayens üzrə məsul şəxsə və ya uyğun kanallar vasitəsilə bildirilməlidir. Əməkdaşlar qisas qorxusu olmadan narahatlıqlarını bildirməyə təşviq olunurlar. Şirkət qanuni narahatlıqlarını ifadə edən şəxslərin qorunmasını öz öhdəliyinə götürür.